BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur yazıçı vəfat etdi

ABŞ-lı yazıçı Meri Hiqqins Klark 92 yaşında vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə yazıçının qızı məlumat verib.

 

M.H.Klarkla vida yeri və zamanı hələ məlum deyil.

 

O, triller və detektiv janrında yazdığı əsərləri ilə tanınıb. Bundan başqa uşaqlar üçün də kitab yazıb. Yazıçının 40-dan çox əsəri bestseller olub, bəziləri isə ekranlaşdırılıb.

 

Kların qızının sözlərinə görə, anası öldüyü günə qədər yazmağa davam edib. Ötən ilin noyabr ayında növbəti kitabı çap olunub.APA

Tarix: 1 Fevral 2020, 10:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin