BURADA REKLAMINIZ OLA
BİLƏR

"İbrahim Rəisi kabineti də özü kimi mühafizəkarlardan formalaşdırıb"

"İran prezidenti İbrahim Rəisi bu gün parlamentə nazirlər kabinetinin siyahısını məktubla göndərib. Parlament nazirləri avqustun 22-dəki iclasında müzakirə edəcək. İbrahim Rəisi əsas postlara İslam Keşikçiləri Korpusuyla sıx bağlı və anti-Qərb meylli namizədləri irəli sürüb. Misal üçün, xarici işlər naziri vəzifəsinə irəli sürülən Hüseyn Əmir Abdullahiyan “Sepah”ın “Qüds” briqadasına yaxın şəxsdir".
 
Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib
 
Politoloq bildirib ki, İran prezidenti Qərbə və İsrailə nifrət edən açıqlamaları ilə yadda qalıb: ““İsraili hər an dağıdıb, onun şəhərlərini viran qoya bilərik” deyən yeni yeni nazir ali dini lider Əli Xameneyi və “Hizbullah”ın lideri Həsən Nəsrullahla yaxınlığı ilə tanınır. Rəisinin daxili naziri postuna irəli sürdüyü Əhməd Vəhidi də beynəlxalq aləmdə böyük rezonans doğurub. Əhməd Vəhidi 1994-cü ildə “Sepah” və ETTELAAT-a bağlı qüvvələrin Argentinanın paytaxtında yəhudilərə məxsus “Amya” mərkəzində törətdiyi terror aktında iştirakda şübhəli bilinir. O, 2007-ci ildən İnterpoul-un axtarışındadır. İbrahim Rəisi kabineti də özü kimi mühafizəkarldan formalaşdırıb. Parlamentdə mühafizəkarların çoxluqda olduğunu nəzərə alaraq nazirlərin təsdiq olunacağı şübhə doğurmur. Yeni nazirlərin qarşısında titanik problemlər var. Birincisi, İranda pandemiya tüğyan edir, virusa yoluxma və ölüm halları azalmır, vaksin çatışmır. İkincisi, pandemiya və sanksiyalar iqtisadiyyatı çökdürüb, sosial problemlər artıb. Üçüncüsü, Tehranın Vaşinqtonla “nüvə anlaşması” danışıqları dalana dirənib. Dördüncüsü, İran İsraillə müharibə astanasındadır. Beşincisi, Tehranın ərəb dünyasının bir hissəsiylə də münasibətləri gərgindir. Bu problemləri islahatçı adlanan keçmiş prezident Həsən Ruhani və komandası həll edə bilmədi. Mühafizəkarların şansının nə qədər olduğunu isə zaman göstərəcək".

Tarix: 12 Avqust 2021, 17:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin