BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarabağ regionunun baş memarı olacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin fəaliyyətinə Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edəcək.

 

Pravda.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Fərmanla təsdiqlənən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamədə əksini tapıb.

 

Baş İdarənin rəisi Baş İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyacaq.

 

Baş İdarə rəisinin Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və bir müavini olacaq.

 

Baş İdarə rəisinin birinci müavini vəzifəsinə görə Qarabağ regionunun baş memarıdır.

Tarix: 12 Avqust 2021, 17:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin