BURADA REKLAMINIZ OLA
BİLƏR

Aysel Əlizadə: “Müstəqilliyimiz təhlükədədir” deyib panikaya qapılmayaq

“Qarabağda yaşanan gərginliyi, atəşkəs pozulmasını heç bir halda Azərbaycanın müstəqilliyinə təhlükə saymıram”.

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə deyib.

 

A.Əlizadə qeyd edib ki, dünyanın hansısa dövlətin müstəqilliyini itirəcək dövrü deyil: “Onsuz da zəif dövlətlər güclülərin nəzarətindədir. Rusiya Azərbaycan hökumətinə təzyiq edir - konkret İlham Əliyevə. Jirinovski boş yerə “bir əsgərimizin də burnu qanamalı deyil” söyləməmişdi. Bundan narahatdılar. Rusiya ictimaiyyəti ordusunun-övladının, əzizinin hansısa savaşa çəkilməsini, yad iki ölkənin arasında ölməsini istəmir, heç dövlətə də bu gərək deyil. Bu baş verdiyi halda ölkədə ciddi gərginlik yarana bilər. Bizimsə ayıq-sayıq olmamız gərəkdir, amma heç bir halda “Müstəqilliyimiz təhlükədədir” deyib panikaya qapılmayaq. İrana gəlincə, o bizdən daha çox narahatdır öz taleyindən. Çünki bizdə otuz milyon fars yoxdur, İranda isə otuz milyondan çox türk var. Elə Rusiyada da az deyilik…”

Tarix: 12 Avqust 2021, 18:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin