BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sex yandı - Bir nəfər zəhərləndi

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 200 kvadrat metr olan mebel sexinin yanar konstruksiyaları və içərisində olan altı ədəd dəzgah yanıb.

Pravda.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Tarix: 12 Avqust 2021, 23:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin