BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada avtobusda baş verən partlayış nəticəsində 12 nəfər yaralanıb - VİDEO

Rusiyanın Voronej şəhərinin mərkəzində “PAZ” markalı avtobusda qaz balonu partlayıb.

 

Pravda.az xəbər verir ki, hadisə nəticəsində 12 nəfər sərnişin yaralanıb.

 

Şəhər Təcili yardım stansiyasından verilən məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfəri yanıq şöbəsində köçürülüb. Üç nəfərin vəziyyətinin ağır olduğu bildirilib. Bir qadın sərnişinin isə ayağı amputasiya olunub.

 

Partlayış nəticəsində avtobus tamamilə yanıb, yanğın söndürülüb.

 

Aidiyyəti xidmətlər hadisə yerinə cəlb edilib.

 

Qəzanın başvermə səbəbi araşdırılır.

 

APA

 

Tarix: 13 Avqust 2021, 00:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin