BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə öldü

Bu gün Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir nəfər ölüb.

 

Pravda.az-ın xəbərinə görə, 1977-ci il təvəllüdlü xəstə ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağciyər-ürək çatışmazlığı diaqnozundan vəfat edib.

 

Məlumata görə, xəstə bu vəziyyətdə 20 gün ev şəraitində müalicə aldıqdan sonra dünən Elmi-Tədqiqat Ağciyər İnstitutuna gətirilib. Kritik vəziyyətdə dərhal birinci reanimasiya şöbəsinə yerləşdirilib.

 

Həkimlərin intensiv müalicə tədbirlərinə baxmayaraq, səhər saatlarında vəfat edib.

 

Qeyd edək ki, yanvar ayının 15-dən indiyədək institutda ölənlərin sayı yeddi nəfərə çatıb.Oxu.az

Tarix: 1 Fevral 2020, 11:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin