BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputat vəfat etdi

Bakı Dövlət Universitetinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin böyük mütəxəssisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Tofiq Həsən oğlu Hüseynov vəfat edib.

 

Pravda.az xəbər verir ki, 70 yaşında dünyasını dəyişən T.Hüseynov 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

 

1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 1981-ci ildə "Sinqulyar-həyacanlanmış inteqro diferensial tənliklər sistemi üçün optimal idarə məsələsinin həllinin asimptotikası və onun bəzi xüsusiyyətləri haqqında" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

 

1999-2000-ci illərdə Milli Məclisinin üzvü olub.

 

T.Hüseynov 1992-ci ilin oktyabrında ölkəni düşdüyü çətin vəziyyətdən xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə müraciət edən 91 nəfər tanınmış Azərbaycan ziyalısından biri olub.

 

2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunub.

 

Allah rəhmət eləsin!

Tarix: 13 Avqust 2021, 10:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin