BURADA REKLAMINIZ OLA
BİLƏR

"Prezidentin Türkiyədəki yanğınlarla bağlı FHN-in qarşısında qoyduğu vəzifə tam icra edilib"

"Prezident İlham Əliyevin Türkiyədə baş verən yanğınlarla bağlı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qarşısında qoyduğu vəzifə tam olaraq icra edilib".

 

Bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

 

Nazir müavini bildirib ki, avqustun 12-də Muğla böhran mərkəzində keçirilən toplantıda yanğınların tam söndürülməsi haqqında rəsmi olaraq məlumat verilib: "Bu müddətdə yerli yanğınsöndürənlərlə çiyin-çiyinə yanğınların söndürülməsinə, soyudulmasına və ağacların kəsilməsinə nail olmuşuq. Bizim və yerli yanğınsöndürənlərin məqsədi yanğınların strateji və insanların məskunlaşdığı bölgələrə yaxınlaşmasının qarşısını almaq olub".

 

APA

Tarix: 13 Avqust 2021, 13:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin