BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan Kastamonu, Bartın və Sinop vilayətlərini fəlakət bölgəsi elan etdi

“Dünyanın çox yerində olduğu kimi, Türkiyə də bir müddətdir, təbii fəlakətlərlə üz-üzədir. Çalışmalıyıq ki, bu mübarizəmizi ən az itki ilə başa çatdıraq”.

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyənin sel bölgəsi Kastamonuya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan Türkiyənin cənubunda meşə yanğınları, şimalında sel-daşqınlar olduğunu xatırladaraq bütün fəlakətlərə qarşı dövlət qurumlarının səfərbər olduğunu vurğulayıb.

Prezident bu fəlakətlərlə mübarizədə fəaliyyət göstərən hər kəsə təşəkkürünü bildirib, sel fəlakətindən zərərə məruz qalanlara hər cür dövlət dəstəyi veriləcəyini bildirib: “Digər fəlakət bölgələrində olduğu kimi, Kastamonu, Bartın, Sinopu fəlakət bölgəsi elan edirik”.

APA

Tarix: 13 Avqust 2021, 15:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin