BURADA REKLAMINIZ OLA
BİLƏR

Təcili tibbi yardım avtomobilinin sürücüsünün zibil qutularını eşələməsi ilə bağlı araşdırma başladı

Bakıda zibili qutularını eşələməsi və oradan özünə lazım olanları seçməsi ilə bağlı məlumat yayılıb.

 

Pravda.az-ın xəbərinə görə, TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, məsələ barədə araşdırma aparılır: “Görüntülərdə təcili tibbi yardım avtomobilinin nömrəsi qeyd edilməyib. Hazırda bu məsələ ilə bağlı araşdırma aparılır”.

 

 

Qeyd edək ki, ötən gün Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsünün zibil qutusunu eşələməsi ilə bağlı görüntülər yayılıb.

 

Sürücü bütün gigiyenik və sanitar normaları unudaraq yaxınlıqdakı zibil qutularını eşələyib. O, özünə lazım olan nələrisə zibilin içərisindən seçib götürüb.

 

Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirib.Oxu.az

Tarix: 1 Fevral 2020, 12:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin