BURADA REKLAMINIZ OLA
BİLƏR

Polisdən qaçmaq istəyərkən ürəyi dayandı

Ötən gün Mingəçevir şəhərinin Niyazi küçəsində özünü şübhəli aparan şəxs ərazidə xidmət aparan polis əməkdaşlarından qaçmağa cəhd göstərib. 

Pravda.az xəbər verir ki, polis tərəfindən saxlanılan şəhər sakini, 1986-ci il təvəllüdlü Zaur Heydərovun halı qəfil pisləşdiyindən hadisə yerinə təcili yardım çağırılıb. 

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, Z.Heydərovun ürək-qan damar dövranının pozulması səbəbindən öldüyü bildirilir. 

Hazırda iş üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub. 

Məlumatı DİN Mətbuat Xidmətindən təsdiqləyiblər. 

Qeyd edək ki, Z.Heydərov bir sıra nevroloji xəstəliklərdən əziyyət çəkib, o cümlədən epilepsiya xəstəliyi olub.

Qafqazinfo 

Tarix: 13 Avqust 2021, 17:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin