BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah yağış yağacaq - PROQNOZ

Sabah - fevralın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Pravda.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu  gecə 2-4° isti, gündüz  7-9° isti, Bakıda  gecə 2-4° isti, gündüz  7-9° isti olacaq.

 

Atmosfer  təzyiqi  762 mm civə sütunundan 766 mm civə sütununa  yüksələcək.

 

Nisbi rütubət  gecə 70-80 %, gündüz 50-55%  olacaq.  

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-10°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz  0-5° isti olacaq. 

 

Tarix: 1 Fevral 2020, 12:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin