BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur müğənni vəfat etdi

 

 

Amerikalı folk ifaçısı, “Grammy” mükafatçısı Nensi Qriffit 68 yaşında dünyasını dəyişib.

 

Pravda.az xəbər verir ki, məlumata görə, müğənni cümə günü səhər saatlarında Neşvill şəhərində (Tennessi ştatı) vəfat edib. Onun ölüm səbəbi açıqlanmır. Jurnalın yazdığına görə, 1990-cı illərdə ifaçı iki dəfə xərçəng xəstəliyinə qalib gəlib. 

 

Qeyd edək ki, Qriffit 18 albom yazdırıb. O, yaradıcılığı boyu bir sıra mükafatlara, o cümlədən “Other Voices, Other Rooms” plastinkasına görə “Ən yaxşı müasir folk albom” nominasiyasında “Grammy”yə layiq görülüb. Qriffit, həmçinin 1994-cü ildə “Ən yaxşı beynəlxalq ifaçı” nominasiyasında “Brit Awards” mükafatını alıb.

Tarix: 14 Avqust 2021, 07:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin