BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstanda azərbaycanlını qətlə yetirdilər

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Samcevrisi (Şəmşoy) kəndində azərbaycanlı kişi qətlə yetirilib.

 

Pravda.az-ın xəbərinə görə, kənd sakini Feyzi Əhmədov ötən axşam qohumlarını ziyarət etmək məqsədi ilə yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

 

F.Əhmədovun ailə üzvləri onun gecə saatlarında evə gəlmədiyini gördükdə axtarmağa başlayıblar, lakin axtarışlar nəticə verməyib. Bundan sonra yerli polis şöbəsinə məlumat verilib.

 

DİN əməkdaşlarının apardığı axtarış zamanı kəndin yaxınlığında F. Əhmədovun bıçaqla qətlə yetirilmiş meyiti aşkarlanıb.

 

Faktla bağlı cinayət işi başlanıb.

Tarix: 1 Fevral 2020, 13:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin