Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 il düşmən tapdağı altında olmuş əzəli torpaqlarımızı işğaldan azad edib və xalqımız öz doğma diyarına qovuşub. Mənfur düşmən işğal dövründə torpaqlarımızı talan edib, xarabalığa çevirib, daşı-daş üstündə qoymayıb. Qarabağımızın qədim və zəngin mədəni-tarixi irsinə, bio-ekoloji müxtəlifliyinə, iqtisadiyyatına külli miqdarda zərər vurulub, keçmiş təmas xətti boyunca, xüsusilə də Cəbrayıl, Füzuli və Ağdam rayonlarının işğaldan azad edilmiş əraziləri yüz minlərlə piyada və tank əleyhinə minalarla, partlamamış hərbi sursatlarla çirkləndirilib.
Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdən dərhal sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə həmin ərazilərdə təhlükəsizliyin təmin edilməsi, Qarabağın bərpası, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışının təşkili və digər bu kimi tədbirlər müxtəlif dövlət qurumları arasında əlaqələndirilməklə həyata keçirilir. Bu tədbirlərdən biri də məcburi köçkünlərin azad olunmuş ərazilərə qayıdışına hazırlıq çərçivəsində təhlükəsizliyin tam təmin edilməsi şərtilə Azərbaycan vətəndaşlarının ilkin mərhələdə işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili ilə bağlıdır.
Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən Pravda.az-a bildiriblər ki, “Yolumuz Ağdama” adlanan ilk belə səfərin Ağdam şəhəri daxil olmaqla bu rayonun minalardan təmizlənmiş hissəsinə təşkili nəzərdə tutulur. Zəruri hazırlıq və təhlükəsizlik işləri başa çatdıqdan sonra işğaldan azad olunmuş digər ərazilərə də belə səfərlərin təşkili planlaşdırılır.
“Yolumuz Ağdama” səfərləri xüsusi qaydalara əsaslanmaqla təlimlərdən keçmiş bələdçilər, sürücülər və səfər təşkilatçılarının nəzarəti altında təşkil olunacaq.
Məlum olduğu kimi, işğaldan azad edilmiş bir çox ərazilərdə, o cümlədən Ağdamda infrastrukturun bərpası və yenidənqurma işlərinə başlanılıb, Ağdam şəhərinin Baş Planı ictimaiyyətə təqdim edilib. Bu baxımdan “Yolumuz Ağdama” səfərlərinin təşkilinin davam etməkdə olan bərpa işlərinin hazırki ilkin mərhələsindən başlaması vətəndaşlarımıza həm mənfur düşmənin törətdiyi vandalizmin və vəhşiliklərin şahidi olmaq, həm də şəhər və digər yaşayış məntəqələri bərpa edildikcə gedən quruculuq işləri ilə tanış olmaq üçün tarixi bir imkan yaradacaqdır.
Bununla yanaşı, bir daha qeyd olunmalıdır ki, hazırda minalar və partlamamış hərbi sursatlarla bağlı ciddi təhlükə qalmaqda davam etdiyi üçün işğaldan azad edilmiş ərazilərə icazəsiz səfərlər qadağandır. Səfərlərin təşkil ediləcəyi dəhliz Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən minalardan təmizlənsə də, digər ərazilərdə işlər hələ davam edir. Bunu nəzərə alaraq səfər iştirakçıları bütün qaydalara və göstərişlərə əməl etməlidirlər.
Qeyd olunanları nəzərə alaraq tezliklə təşkil olunacaq “Yolumuz Ağdama” adlı səfərlərin keçiriləcəyi tarix və şərtlər barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
26 Aprel 23:23
26 Aprel 21:01
26 Aprel 21:00
26 Aprel 20:58
26 Aprel 20:35
26 Aprel 20:32
26 Aprel 19:56
26 Aprel 19:16
26 Aprel 19:10
26 Aprel 19:07
26 Aprel 19:07
26 Aprel 18:41
26 Aprel 18:37
26 Aprel 18:33
26 Aprel 18:31
26 Aprel 18:29
26 Aprel 18:20
26 Aprel 18:14
26 Aprel 17:46
26 Aprel 17:36
26 Aprel 17:25
26 Aprel 17:22
26 Aprel 16:39
26 Aprel 16:31
26 Aprel 16:27
26 Aprel 16:20
26 Aprel 16:09
26 Aprel 16:08
26 Aprel 16:00
26 Aprel 15:53
26 Aprel 15:51
26 Aprel 15:36
26 Aprel 15:28
26 Aprel 15:23
26 Aprel 15:22
26 Aprel 15:08
26 Aprel 15:06
26 Aprel 15:04
26 Aprel 15:03
26 Aprel 15:01
26 Aprel 14:53
26 Aprel 14:46
26 Aprel 14:25
26 Aprel 14:21
26 Aprel 14:16
26 Aprel 14:12
26 Aprel 13:54
26 Aprel 13:49
26 Aprel 13:21
26 Aprel 12:51
26 Aprel 12:50
26 Aprel 12:46
26 Aprel 12:38
26 Aprel 12:36
26 Aprel 12:34
26 Aprel 12:32
26 Aprel 12:26
26 Aprel 12:25
26 Aprel 12:18
26 Aprel 12:16
26 Aprel 12:12
26 Aprel 12:05
26 Aprel 11:45
26 Aprel 11:42
26 Aprel 11:34
26 Aprel 11:19
26 Aprel 11:15
26 Aprel 10:55
26 Aprel 10:46
26 Aprel 10:37
26 Aprel 10:31
26 Aprel 10:23
26 Aprel 10:20
26 Aprel 10:17
26 Aprel 10:09
26 Aprel 09:52
26 Aprel 09:50
26 Aprel 09:49
26 Aprel 09:42
26 Aprel 09:27
26 Aprel 09:18
26 Aprel 09:11
26 Aprel 08:59
26 Aprel 08:54
26 Aprel 08:51
26 Aprel 08:50
26 Aprel 08:46
26 Aprel 08:45
26 Aprel 08:43
26 Aprel 08:40
26 Aprel 08:38
26 Aprel 08:35
26 Aprel 08:31
26 Aprel 08:28
26 Aprel 08:25
26 Aprel 08:22
26 Aprel 08:18
26 Aprel 08:16
26 Aprel 08:15
26 Aprel 08:12
26 Aprel 08:09
26 Aprel 08:05
26 Aprel 08:02
26 Aprel 07:34
26 Aprel 06:43
26 Aprel 06:40
26 Aprel 01:46
26 Aprel 00:54
26 Aprel 00:49
26 Aprel 00:47
26 Aprel 00:44
26 Aprel 00:41
26 Aprel 00:31
26 Aprel 00:06
25 Aprel 23:02
25 Aprel 22:51
25 Aprel 21:25
25 Aprel 21:18
25 Aprel 20:52
25 Aprel 20:47
25 Aprel 19:47
25 Aprel 19:34
25 Aprel 18:51
25 Aprel 18:41
25 Aprel 18:39
25 Aprel 18:38
25 Aprel 18:36
25 Aprel 18:35
25 Aprel 18:32
25 Aprel 18:31
25 Aprel 18:29
25 Aprel 18:27
25 Aprel 18:26
25 Aprel 18:25
25 Aprel 18:24
25 Aprel 18:22
25 Aprel 18:20
25 Aprel 18:11
25 Aprel 18:09
25 Aprel 18:07
25 Aprel 18:05
25 Aprel 17:59
25 Aprel 17:57
25 Aprel 17:55
25 Aprel 17:53
25 Aprel 17:33
25 Aprel 17:30
25 Aprel 17:12
25 Aprel 17:08
25 Aprel 16:48
Ən son xəbərləri səhifəmizdən də izləyin