Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi Ağdam şəhərinin gerbinin hazırlanması ilə bağlı elan yayıb.
Pravda.az-ın məlumatına görə, elanda deyilir:
“Əziz vətəndaşlar və dünya azərbaycanlıları!
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 il düşmən tapdağı altında olmuş əzəli torpaqlarımızı işğaldan azad edib və xalqımız öz doğma diyarına qovuşub. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti, müdrikliyi, müzəffər Azərbaycan Ordusunun qorxmaz igidlərinin misli görünməyən şücaəti sayəsində işğalından 28 il sonra 2020-ci il noyabrın 20-də 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Ermənistan Ağdamdan işğalçı qoşunlarını çıxarmağa vadar edildi.
Mənfur düşmən işğal dövründə torpaqlarımızı talan edib, xarabalığa çevirib, daşı daş üstündə qoymayıb. Qarabağımızın qədim və zəngin mədəni-tarixi irsinə, bioekoloji müxtəlifliyinə, iqtisadiyyatına külli miqdarda zərər vurulub, keçmiş təmas xətti boyunca, xüsusilə də Ağdam rayonlarının işğaldan azad edilmiş hissəsi on minlərlə piyada və tank əleyhinə minalarla, partlamamış hərbi sursatlarla çirkləndirilib.
Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində bərpa və yenidənqurma işlərinin müəyyən edilmiş hədəflərə uyğun olaraq həyata keçirilməsini təmin etmək məqsədilə görülən tədbirlər çərçivəsində Ağdam şəhərinin gerbinin hazırlanmasının olduqca mühüm əhəmiyyəti var. Bunu nəzərə alaraq Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi olaraq, əziz vətəndaşlarımızı və dünya azərbaycanlılarını bu işdə bizə dəstək olmağa çağırırıq.
Azərbaycan Respublikasının bütün vətəndaşları və dünya azərbaycanlıları Ağdam şəhərinin gerbinin təklif etdikləri layihələrini 2021-ci il sentyabrın 15-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Gerbin hazırlanması ilə əlaqədar tələblər:
1. Gerb hazırlanarkən Ağdamın Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa aid olması, şəhər və rayonun uzaq keçmişi, yaxın (müasir) tarixi hadisələri, mədəni xüsusiyyətləri göstərilməli və heraldikanın tələblərinə uyğun tərtib edilməlidir.
2. Layihə təklifləri 2021-ci il 15 sentyabr tarixindən gec olmayaraq [email protected] e-mail ünvanına göndərilməlidir.
3. Eskiz aşağıdakı tələblərə uyğun olaraq göndərilməlidir:
a. Eskiz Microsoft Word (.docx və ya .doc) faylına daxil edilməlidir;
b. Gerbin bütün elementləri – ümumi forma, rəmzi işarə və simvollar, rənglər həmin Microsoft Word (.docx və ya .doc) faylında yazılı şəkildə təsvir və izah edilməlidir;
c. Eskiz müəllifinin adı, soyadı və əlaqə nömrəsi həmin Microsoft Word (.docx və ya .doc) faylında göstərilməlidir.
4. Elektron məktub göndərilərkən mövzu bölməsinə “Ağdam gerb eskizi” yazılmalıdır.
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
Ən son xəbərləri səhifəmizdən də izləyin