BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda əcnəbi vətəndaşın 1 800 dollarını aldılar

Bakıda əcnəbi vətəndaşın pulqabısı əlindən alınıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Belə ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinə (PB) müraciət edən əcnəbi vətəndaş yanvarın 31-i saat 3 radələrində H.Z.Tağıyev küçəsində 2 nəfərin ondan içərisində 1 800 ABŞ dolları olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.

 

Dərhal müvafiq araşdırmalar aparılıb.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Səttarzadə və V.Yusubov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

 

Səbail RPİ-də araşdırma aparılır.

Tarix: 1 Fevral 2020, 13:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin