BURADA REKLAMINIZ OLA
BİLƏR

"Yoldaşımla bir qabdan yemək yeyirik"

"Bizim evimizdə bir ənənə var - Novruz bayramında çərşənbə axşamı həyat yoldaşımla stolun başında otururuq, 41 ildir bir qabdan yemək yeyirik. Sonra stoldan dururam ki, balalarım da öz həyat yoldaşları ilə bir qabdan yesin. Bir qabdan yeməlisən ki, uzunömürlü olsun".

 

Pravda.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Səhər mərkəzi" verilişində deyib. Müğənni ailəsindən bəhs edib:

 

"Valideynlərim dünyasını dəyişəndən sonra bacı-qardaşımı başıma yığdım. Dedim ki, atamın yurdunu oğlum Kənana tapşırıram. Hamısına dedim ki, Kənan bizim ata, digər qardaşımın qızı, mənim gəlinim isə ana əvəzimizdir".

 

Axsam.az

Tarix: 14 Avqust 2021, 18:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin