BURADA REKLAMINIZ OLA
BİLƏR

“Wizz Air Abu Dabi” aviaşirkəti Bakıya ilk reysini yerinə yetirdi

Avqustun 14-də “Wizz Air Abu Dabi” aviaşirkəti ilk Abu-Dabi–Bakı reysini yerinə yetirib.

Pravda.az xəbər verir ki, “Airbus321-100” markalı təyyarə Bakı vaxtı ilə saat 21:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Təyyarə ənənəvi olaraq su arkası ilə qarşılanıb.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Wizz Air Abu Dabi” aviaşirkəti həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günü Bakıya uçuşlar həyata keçirəcək. Biletləri “wizzair.com” saytından əldə etmək mümkündür.


Tarix: 14 Avqust 2021, 22:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin