BURADA REKLAMINIZ OLA
BİLƏR

“Taliban” Məzari-Şərif şəhərini nəzarətə götürdü

“Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın şimal-qərbindəki Bəlx əyalətinin inzibati mərkəzi olan Məzari-Şərif şəhərini nəzarətə götürüb.

 

Pravda.az xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb.

 

Telekanalın məlumatına görə, hökumət qoşunları Məzari-Şərifi faktiki olaraq döyüşsüz təslim ediblər. Hökumət qüvvələri mövqelərini, silahlarını tərk edərək geri çəkiliblər. Şəhər ətrafında ara-sıra kiçik toqquşmalar davam edir.

 

Tarix: 15 Avqust 2021, 00:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin