BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin Ərdoğana başsağlığı verdi

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı teleqrafı göndərib.

 

Pravda.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

 

Bildirilib ki, Rusiya lideri Kahramanmaraşda “Be-200” tipli amfibiya təyyarənin qəzaya uğramasından söz açıb, Rusiya və Türkiyənin Türkiyədəki yanğınlarla birgə mübarizə apardığını bildirib.

 

“Bu səbəbdən insan itkisi bizləri birləşdirir. Ölənlərin ailələri və yaxınlarına kədər və dəstəyimi çatdırmağınızı xahiş edirəm. Onlara bu çətin zamanda cəsarət və mətanət diləyirəm”.

 

Putin qeyd edib ki, qəzada həyatını itirən rus əsgərlərin yaxınlarına da başsağlığı verib:

 

“Bu hərbçilərin təltif edilməsi üçün göstəriş vermişəm”.

 

Qeyd edək ki, Kahramanmaraşda Rusiyaya məxsus amfibiya təyyarə qəzaya uğrayıb. Nəticədə bütün ekipaj üzvləri həlak olub.

Tarix: 15 Avqust 2021, 00:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin