BURADA REKLAMINIZ OLA
BİLƏR

“Taliban” Əfqanıstanın Cəlilabad şəhərini ələ keçirdi

“Taliban” radikal hərəkatı Əfqanıstanın daha bir böyük şəhəri Cəlilabadı ələ keçirib.

 

Bu barədə Nanqarhar əyalətinin deputatı Abrarulla Murad bildirib.

 

Qeyd edilir ki, Cəlilabad paytaxt Kabillə yanaşı, hakimiyyət orqanlarının əlində olan iki böyük şəhərdən biri idi. Məlumata görə, "taliblər" şəhəri döyüşsüz ələ keçiriblər.

 

Yeri gəlmişkən, sosial şəbəkələrdə radikal silahlıların Kabilə hücumları barədə foto və videogörüntülər yayılıb. Lakin bununla bağlı məlumatlar hələlik təsdiqini tapmayıb.

 

Report.az

Tarix: 15 Avqust 2021, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin