BURADA REKLAMINIZ OLA
BİLƏR

MN: Ermənilər Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədib

Avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib.

 

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Belə ki, axşam saat 22:14 radələrində Xəlfəli yaşayış məntəqəsi yaxınlığına iki ədəd mülki avtomobilin yaxınlaşdığı müşahidə edilib. Həmin nəqliyyat vasitələrindən düşən silahlı şəxslər mövqelərimiz istiqamətində havaya atəş açaraq dərhal ərazini tərk ediblər. Bölmələrimiz tərəfindən müvafiq tədbir görülüb və bu barədə Rusiya sülhməramlılarının komandanlığına məlumat verilib.

 

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

 

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Tarix: 15 Avqust 2021, 10:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin