BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlığa namizədin avtomobili aşdı - FOTOLAR

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Nazim Bəydəmirlinin avtomobili aşıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə N.Bəydəmirli özü məlumat yayıb.

 

“Gədəbəyin Şınıx  bölgəsində İsalı kəndindən seçicilərlə görüşdən qayıdarkən, Fərzalı kəndində qəzaya uğradıq və idarə etdiyim maşın çevrildi. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb. Buna görə Zamanlı, Mor-Mor, Göyəmli kəndlərindəki görüşlərimizi təxirə salmalı olduq. Deyəsən, xalqımız demiş "göz dəydi".. Sabahdan görüşlərimiz davam etdiriləcək, bu millətin yolunda ölümə də hazır olmalıyıq.. Biz fəaliyyətimizlə qələbəni çoxdan təmin etmişik, rəsmiləşdirmək isə dövlətin işidir.. İstəsə rəsmiləşdirəcək, istəməsə yox, bu sadə həqiqəti isə hamı bilir..”.

Fotoları təqdim edirik
Tarix: 1 Fevral 2020, 14:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin