BURADA REKLAMINIZ OLA
BİLƏR

Əfqanıstan DİN: "Hakimiyyət “Taliban”a dinc yolla veriləcək"

Əfqanıstanda hakimiyyət radikal “Taliban” hərəkatına dinc yolla veriləcək.


Pravda az xəbər verir ki, bu barədə Əfqanıstanın daxili işlər naziri Abdul Sattar Mirzakval bildirib. O, qeyd edib ki, radikal hərəkatın silahlıları paytaxta hücum etməyəcəklər.


“Kabil hücuma məruz qalmayacaq, hakimiyyət dinc yolla ötürüləcək”, - deyə nazir “TOLO News” telekanalının efirində bildirib.


Mirzakval paytaxt sakinlərini əmin edib ki, təhlükəsizlik orqanları Kabilin təhlükəsizliyini təmin edəcəklər.


Öz növbəsində “Taliban” hərəkatının nümayəndələri də bildiriblər ki, vətəndaşların təhlükəsizliyi təmin olunacaq.


Report.az

Tarix: 15 Avqust 2021, 13:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin