BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu müddətədək sərt karantin elan edildi

İranda avqustun 16-dan 22-dək ölkə ərazisində sərt karantin elan edilib.

 

Pravda.az xəbər verir ki, hökumətin aldığı qərara əsasən, bir həftə ərzində özəl və dövlət müəssisələri, banklar, bazarlar və ticarət mərkəzləri bağlanacaq. Təcili tibbi yardım, ərzaq və yanacaq daşıyan avtomobillərdən başqa, digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunacaq.

 

Sərt karantinə ölkədə COVID-19 virusunun geniş yayılması səbəb olub. Belə ki, son sutkada İranda 36 min 736 nəfər virusa yoluxub, 620 pasiyent isə virusdan həyatını itirib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 4 milyon 425 min 821 nəfərə, bu xəstəlikdən ölənlərin sayı 97 min 828-ə çatıb.

Tarix: 15 Avqust 2021, 18:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin