BURADA REKLAMINIZ OLA
BİLƏR

“ABŞ-ın imici "Əfqanıstan bataqlığı"nda boğuldu” - RƏY

“Bayden administratsiyası Əfqanıstan faciəsi yaşamaqdadır. Praktiki olaraq, ABŞ-ın imici "Əfqanıstan bataqlığı"nda boğuldu”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu bildirib.

 

 

A.Şakiroğlunun sözlərinə görə, heç kimə sirr deyil ki, ABŞ və beynəlxalq koalisiya qüvvələri Əfqanıstana 2001-ci ildə daxil olanda, görünən əsas ana məqsəd “Taliban” rejimini dəyişmək, sivil və dünyəvi bir rejim formalaşdırmaq idi: “Bu gün olanlar isə ABŞ-ın məğlubiyyətinin açıq nümayişidir. Əslində mahiyyət olaraq ABŞ Əfqanıstanı bu gün yox, 1 il 6 ay öncə (lap dəqiq desəm, 29 fevral 2020-ci ildə) uduzdu: “Taliban”la masaya əyləşərək sülh müqaviləsi bağladığı gün! Bəlkə də bir çoxları məlumatsızdır. Məlumatı olmayanlar üçün bildirim ki, 2020-ci ilin fevralın 29-da ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” hərəkatı isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət göstərməyəcəyi barədə məlum sazişdə öhdəlik götürüb. Sazişə əsasən, “Taliban” hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejimi başlayıb. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində saxlanılan minə yaxın əməkdaşı azad edilib. Yəni bu gün baş tutan ABŞ məğlubiyyəti düz 1,6 il öncədən start götürüb. Hansı ki, bölgədə hakimiyyətini itirdiyini dərk etmiş ABŞ bu gün daha böyük rüsvayçılıqdan qorunmaq üçün qüvvələrini 14 ay ərzində çəkməklə sığortalamış olub... Görünən odur ki, 20 il öncə başlanmış savaş ABŞ-ın məğlubiyyətilə tarixin yaddaşlarına düşmüş oldu və ardı da gələcək…”

Tarix: 15 Avqust 2021, 19:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin