BURADA REKLAMINIZ OLA
BİLƏR

Parlamentdə bir mənzili beş nəfərə satan şirkətlərin məsələsi qaldırıldı

“Bəzi hallarda bina tikən şəxs bir mənzili 5 nəfərə satır. Məhkəmə qərar verəcək ki, mənzil onlardan birinə çatır. Digər 4 şəxs narazı qalacaq”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanununa dəyişikliklərin müzakirəsi zamanı deyib.

 

“Təbii ki, məhkəmə hakimlərinin hamısı əməli-saleh deyil, fərqli olanları da var. Ancaq burada obyekti və subyektiv səbəblər var. İnsanlar işlərini qanun, hüquq çərivəsində görmür, iş məhkməyə düşəndə də narazı qalırlar. Tutaq ki, əmək müqaviləsi olmadan şirkətlər insanları işə götürürlər, bir məsələ olanda, iş məhkəməyə gedib çıxır. Həm şirkət qanunları pozur, həm də vətəndaşlar əmək müqaviləsi olmadan işləyir. Ona görə də ümumilikdə məsələlərə kompleks yanaşılmalıdır. Digər tərəfdən, son instansiyaların məhkəmə qərarları dərhal yerinə yetirilməlidir" – deputat qeyd edib.

Tarix: 19 Noyabr 2019, 13:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin