BURADA REKLAMINIZ OLA
BİLƏR

Pentaqon Əfqanıstana əsgər göndərir

Pentaqon ABŞ vətəndaşlarının təhlükəsiz şəkildə təxliyəsini təmin etmək üçün Kabilə yerləşdirilən ABŞ əsgərlərinin sayının 1000 nəfər artırılmasına icazə verib.

 

Pravda.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

Agentliyin anonim mənbəyə istinadən verdiyi məlumata görə, 6000 əsgərin Əfqanıstanda müvəqqəti olaraq yerləşdiriləcəyi gözlənilir.

 

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Co Bayden Əfqanıstana 5000 əsgərin göndərilməsinə icazə vermişdi, onların missiyası Kabildəki Amerika səfirliyinin şəxsi heyətinin təhlükəsiz şəkildə çıxarılmasını təmin etməkdir.

 

APA

Tarix: 16 Avqust 2021, 01:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin