Reklam

Beyləqanda "patı" əməliyyatı keçirilib

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Quliyev saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı ümumilikdə 7 büküm "patı" adlanan narkotik maddə - metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

 

Faktla bağlı Beyləqan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Tarix: 16 Avqust 2021, 09:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin