BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda montyor elektrik cərəyanı vurması nəticəsində ölüb

Avqustun 14-ü saat 11 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.

 

Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin İstismar Şöbəsinin elektrik-montyoru Mütafil Məmmədov qeyd edilən ərazidə elektrik dirəyinə çıxaraq elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tarix: 16 Avqust 2021, 09:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin