BURADA REKLAMINIZ OLA
BİLƏR

Əfqanlar hava limanına axışır - VİDEO

"Taliban" radikal hərəkatı Əfqanıstanın bütün ərazisinə vəziyyətə nəzarəti ələ keçirdikdən sonra vətəndaşlar ölkəni tərk etməyə cəhd edirlər.

 

Bu məqsədlə minlərlə əfqan ölkə paytaxtı Kabilin yeganə hava limanına axışıb. Bununla yanaşı, “Tolo News”un məlumatına görə, Kabil hava limanında bütün kommersiya uçuşları dayandırılıb.

 

Qeyd edək ki, Kabil hava limanında helikopterlərin intensiv uçuşu səbəbindən xaos hökm sürür.

 

Hətta bir qrup insan Əfqanıstan paytaxtının yeganə hava limanında uçuş-eniş zolağına çıxdığından amerikalı hərbçilər havaya atəş açmaq məcburiyyətində qalıb.

 


Tarix: 16 Avqust 2021, 11:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin