“Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olsam da, Əfqanıstanda olmamışam. Orada baş verənləri izləyirəm. Ümumi məlumat belədir ki, insanlar da “Taliban”ı dəstəkləyir. Hökumətin təhvil verilməsi sülh yolu ilə baş verdi, itki olmadı. Bilirsiniz ki, Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir. Digər ölkələrin də sülhməramlıları fəaliyyətlərini davam etdirirlər. “Taliban” elan edib ki, əmirlik yaradacaq, amma strukturu necə olacaq, bilinmir. Bizə nə lazımdır? Sülh. Əfqanıstan əsrlər boyu müharibənin içərisində olub. Proses başa çatsın, Azərbaycanla əlaqələr məsələsi müzakirə edilə bilər”.
Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldar Quliyev deyib.

E.Quliyev qeyd edib ki, Əfqanıstanda yeni qurulan sistem insan hüquq və azadlıqlarına ciddi önəm verməlidir: “Biz istərdik ki, insan hüquqları tapdanmasın. Əksər İslam ölkələrində insanların hüquqları bərpa olunub, qadınlar kişilərlə bərabər hüquqlara malikdirlər. Bunlar Əfqanıstanda da olmalıdır. Orada narkotik maddələrin dövriyyəsinin qarşısı alınmalıdır, insanlar zəhərlənməməlidir. Elə mühit yaradılmalıdır ki, xarici dövlətlər investisiya yatıra bilsinlər. Çinlə münasibətləri normaldır, investisiya qoymaq istəyər. Ölkədə sivil münasibətlər sistemi qurularsa, hamı faydalanar. Silah, müharibə dövrü deyil. Əfqanların əlində həmişə silah olub... Həmişə vuruşublar, tayfa şəklində yaşayırlar, birləşə bilmirlər. Amerika da 20 il orada qaldı, bu müddət ərzində xeyli itkilər verdilər, maliyyə vəsaiti xərcləndi. Doğrusu, kiməsə sərf etməz, belə bir dövlətə vəsait xərcləsin. Hazırda “Taliban” bir neçə dövlətlə danışıqlar aparıb. Söz veriblər ki, ölkəni sivil qaydada idarə edəcəklər. Hələki izləyirik”.
Deputat Əfqanıstandan insanların köç etməsi ilə bağlı narahatlığını ifadə edib: “Düzdür, Azərbaycana gəlmirlər. Amma Türkiyəyə üz tuturlar. Bilirsiniz, Türkiyədə də vəziyyət gərgindir, yanğınlar, sel, əlavə olaraq da pandemiya şəraiti... Türkiyə bizə qardaş dövlətdir, ürəyimiz yanır. Avropa qaçqınları qəbul etməsə də, Türkiyə həmişə qapısını açıb.
Kənan Mirzəyev
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
Ən son xəbərləri səhifəmizdən də izləyin