BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya XİN: “Taliban”ın terror təşkilatları siyahısından çıxarılmasından hələ söhbət gedə bilməz

Rusiya Xarici İşlər Nazirliyi (XİN) “Taliban” qruplaşmasının hələ terror təşkilatları siyahısından çıxarılmayacağını bildirib.

 

Pravda.az xəbər verir ki, XİN hələ bundan söhbət gedə bilməyəcəyini vurğulayıb.

 

“Hələ “Taliban” qruplaşmasının terror təşkilatları siyahısından çıxarılmasından söhbət gedə bilməz. Bunun üçün BMT-nin qərarı ilə prosedurlar olmalıdır”, - deyə bildirilib.

 

Rusiyanın Əfqanıstandakı səfiri isə səfirliyin əvvəllər Əfqanıstan hərbçiləri tərəfindən qorunduğunu, lakin indi “Taliban” qüvvələrinin onları əvəzlədiyini söyləyib.

 

Report

Tarix: 16 Avqust 2021, 12:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin