“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində çox mühüm məsələlərə toxundu, qalib Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi. İlk növbədə qeyd etmək lazımdır ki, bu müsahibə də digərləri kimi istər 30 illik işğal dövrü, istər 44 günlük Vətən Müharibəsi, istərsə də müharibə sonrasında yeni mərhələ ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca əhəmiyyətli və əlamətdardır. Bu, həm də ermənipərəst dairələrin anti-Azərbaycan təbliğatının - qarayaxma kampaniyasının iflasa uğradılması üçün çox önəmlidir”.
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov ölkə başçısının “CNN Türk” kanalına verdiyi müsahibəni şərh edərkən deyib. O qeyd edib ki, Prezident İlham Əliyev müsahibəsində öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın indiki şəraitdə və qarşıdakı dövr üçün hədəflərini əhatəli şəkildə diqqətə çatdırıb:
“Dövlət başçısı istər sülh müqaviləsinin imzalanması, istər regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpa olunması və əməkdaşlığın təmin olunması, istərsə də təhlükəsizliyə təhdid yaradan hallara qarşı mübarizə ilə əlaqədar Azərbaycanın konkret yanaşmasını ortaya qoydu.
Ermənistan ərazi iddiasından əl çəkməli, ölkəmizin ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsini imzalamalıdır. Belə olan halda, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitini təmin etmək mümkün olacaq. Bu, Ermənistan da daxil olmaqla regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir.
Lakin Ermənistan zamanında konkret mövqe ortaya qoymalı və sülh masasına gəlməlidir. Azərbaycan uzun müddət qeyri-müəyyənlik şəraitində gözləmək niyyətində deyil”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanın regionda çoxşaxəli işbirliyi mühitinin yaradılması və əməkdaşlığın dərinləşdirilməsi tərəfdarı olduğunu bir daha bəyan edib:
“Xüsusilə də, Zəngəzur dəhlizinin yaradılması məsələsi Azərbaycanın siyasi gündəliyinin mühüm tərkib hissəsidir. Zəngəzur dəhlizi həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyada Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək.
Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə Muxtar Respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır. Bütövlükdə, yeni infrastrukturun yaranması nəticəsində Azərbaycanın tranzit əhəmiyyətinin artması, iqtisadi inkişafının sürətlənməsidir. Təbii ki, Orta Asiya ilə Avropanı birləşdirən bu infrastruktur layihəsi digər region ölkələri üçün də iqtisadi fayda əldə etmək üçün perspektivlidir. Bu dəhlizin yaradılması elə Ermənistan üçün də tarixi şansdır. Ermənistan bu imkandan istifadə edərək dəmir yolu ilə həm İranla, həm də Rusiya ilə əlaqə yarada bilər ki, bu da iqtisadi mənfəət qazanmaq deməkdir”.
Onun sözlərinə görə, müsahibədə diqqətçəkən mühüm məqamlardan biri Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq edilməsidir:
“Azərbaycan Prezidenti 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli bəyanatın bütün tələblərinin yerinə yetirilməsinin mütləq olduğunu bir daha diqqətə çatdırdı. Təbii ki, “Dəmir yumruq” öz yerindədir, Azərbaycan dövləti Ermənistanın istənilən təxribat cəhdinin və qeyri-qanuni fəaliyyətinin qarşısını almaq gücündədir. Beləliklə, regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti yaradan Azərbaycan öz hədəflərini ardıcıl olaraq uğurla gerçəkləşdirir. Bu isə həm ölkəmizin gücünün artmasını, həm də beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edir”.
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin