BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 19 il ərzində axtarışda olan şəxs tutulub

Azərbaycanda 19 il axtarışda olan şəxs saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin məlumatında deyilir.

 

Məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələrinə əsasən təqsirli bilinən və 19 il ərzində axtarışda olan Mirhəsən Mirəyyub oğlu Haşimimüqəddəm Bakı şəhəri ərazisində aşkar olunaraq saxlanılıb.

Tarix: 16 Avqust 2021, 17:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin