BURADA REKLAMINIZ OLA
BİLƏR

Babək prospektində YANĞIN

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Pravda.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, təxminən 300 m² ərazidə ağaclıq yanır.

Əlavə məlumat veriləcək.


Tarix: 16 Avqust 2021, 18:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin