BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda ana körpəsini küçəyə atdı

Erkən doğulmuş körpənin cəsədi Bakının Yasamal rayonunda yanvarın 31-də tapılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Körpənin cəsədi Şərifzadə küçəsində yanğın təhlükəsizliyi xidmətinin binası yaxınlığında aşkarlanıb.

 

İlkin araşdırmalar nəticəsində şəxsiyyəti hələlik müəyyən edilməyən qadının hamiləliyinin 4-5 gün əvvəl 20-ci həftədə sonlandığı məlum olub. Körpə ölü doğulub.

 

Cəsəd tapılarkən çürümə vəziyyətində olub.

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qadının əməlində cinayət tərkibi yoxdur.

 

“Qadın uşağı küçəyə atmaq əvəzinə dəfn etməli idi. Faktla bağlı araşdırma aparılır” - hüquq-mühafizə orqanlarından bildirilib.Oxu.az

 

 

Tarix: 1 Fevral 2020, 15:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin