BURADA REKLAMINIZ OLA
BİLƏR

Britaniya Kabilə qoşun göndərir

"Britaniya Kabilə daha 200 nəfərlik əlavə qoşun göndərəcək".

 

Bu barədə ölkənin xarici işlər naziri Dominik Rab verdiyi açıqlamada bildirib.

 

Ümumilikdə təxminən 900 britaniyalı əsgər, təxliyə uçuşlarını təmin etmək üçün Kabil hava limanında

uçuş-enmə zolağında keşik çəkəcək.

 

Dominik Rab yaxın günlərdə daha 350 Britaniya vətəndaşının və İngiltərə əsgərləri ilə işləyən əfqanların təxliyə ediləcəyini təsdiqləyib. O, Britaniya ilə işləyən 289 əfqanın artıq son bir həftə ərzində Britaniyaya daxil olduğunu deyib.

 

Nazir hazırda Britaniyanın neçə əfqan qaçqın qəbul edəcəyini nəzərdən keçirdiyini bildirib.

 

APA

Tarix: 17 Avqust 2021, 02:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin