BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda bazardakı yanğın söndürülüb - FOTO

Bakının Nərimanov rayonunda taxta bazarında baş verən yanğının qarşısı alınıb.

Pravda.az xəbər verir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən lokallaşdırılaraq söndürülüb.

***

 

03:03

 

Bakının Nərimanov rayonunda bazarda yanğın başlayıb.

 

Pravda.az xəbər verir ki, hadisə “Baksol” yolunda yerləşən taxta bazarında baş verib.

 

Alov əvvəlcə bazara yaxın yerləşən dəmiryol xəttindəki yük vaqonunda başlayıb. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin 9 texnikası və canlı qüvvəsi cəlb edilib.

 

Hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.

 

APA

 

Tarix: 17 Avqust 2021, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin