BURADA REKLAMINIZ OLA
BİLƏR

"Taliban" əfv elan etdi

"Taliban" hökumət rəsmilərinə ümumi əfv elan etdiyini bildirərək, onları işə qayıtmağa çağırıb.

 

Pravda.az-ın AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Taliban" bəyanat yayıb.

 

""Hamı üçün ümumi bir əfv elan edildi ... buna görə gündəlik həyatınıza tam əminliklə başlamalısınız", - deyə bəyanatda vurğulanıb.

 

Xatırladaq ki, "Taliban" Əfqanıstana nəzarəti ələ keçirib, Prezident Əşrəf Qani istefa verərək ölkədən qaçıb.

 

APA

Tarix: 17 Avqust 2021, 10:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin