BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabirabad sakini başından bıçaqlandı

Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Kamran Nizami oğlu baş nahiyəsindən 3 bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

 

Pravda.az-ın xəbərinə görə, K. Əliyevin sifət, qulaq seyvanı və boyun nahiyəsinə bıçaq xəsarətləri yetirilib. Arteriya damarı zədələndiyindən çoxlu qan itirib, vəziyyəti ağırdır.

 

Keçirilən əməliyyatla hadisəni törətməkdə təqsirləndirilən şəxs, Şirvan sakini, 1988-ci il təvəllüdlü Qasımov Şamil Aslan oğlu saxlanılıb.APA

Tarix: 1 Fevral 2020, 17:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin