BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN: Vəkilə polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi ilə bağlı iddialar araşdırılır

Şirvan Apellyasiya Məhkəməsində vəkil Coşqun İsgəndərova polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi ilə bağlı iddialar araşdırılır.

 

Bu barədə DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitləri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

 

E. Hacıyev deyib ki, vəkil C.İsgəndərovun aidiyyəti olmayan məhkəmə prosesi keçirilən zala daxil olması və münaqişəli vəziyyət yaratması ilə bağlı halların bütün təfərrüatları rayon prokurorluğu tərəfindən araşdırılır. Eləcə də tərəflər arasında yaranan münaqişədə polis əməkdaşlarının vəkilə qarşı hər hansı hüquqazidd hərəkətlərinin olub-olmaması ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti yoxlama başlayıb.

 

Araşdırma və yoxlamaların nəticəsindən asılı olaraq, iddialara hüquqi qiymət veriləcək.

Tarix: 17 Avqust 2021, 12:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin