BURADA REKLAMINIZ OLA
BİLƏR

“Taliban”dan qadınlara çağırış

“Taliban” hərəkatının nümayəndələri qadınları gələcək hökumətdə iştirak etməyə çağırıb.

Pravda.az xəbər verir ki, bu barədə məlumatı “Al Hadath” telekanalı yayıb.

“Biz qadınların qurban olmasını istəmirik”, - deyə hərəkatın nümayəndəsi kanala açıqlamasında qeyd edib. 

Qeyd edək ki, “Taliban” hərəkatının yaraqlıları avqustun 15-i Əfqanıstanın paytaxtı Kabilə daxil olub və hökumət qüvvələrinin tərk etdiyi dövlət müəssisələrini tutmağa başlayıb. Bunun ardınca, üzərində qadın təsviri olan mağazaların, gözəllik salonlarının vitrinləri bağlanılıb. 

Tarix: 17 Avqust 2021, 12:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin