BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qızım hazırlığa getdiyi zaman belə ya mən, ya da atası sinif otağının qapısında gözləyir"

"Övladımı heç kimə etibar etməmişəm. Dayəsi də olmayıb. İşimlə bağlı getdiyim zaman da ya atası, ya da nənələri ilə olub. O da ən çox 3-4 saat".

 

Bu sözləri müğənni Günel Ələkbərova sosial şəbəkədə yazıb. Bir neçə gündür anasının rəfiqəsi tərəfindən marketdə döyülən uşağın sosial şəbəkədə yayılan görüntülərinə fikir bildirən ifaçı tənqid olunub. O, ananın uşağını başqasına saxlamağa verməsini qınayıb. İzləyiciləri isə onun bu fikirlərini tənqid edib.

 

"Yaşadığımız zəmanənin insanları etibarsızdır. Hələ uşağı heç kimə etibar etmək olmaz. Qızım hazırlığa getdiyi zaman belə ya mən, ya da atası sinif otağının qapısında gözləyir. Təəssüflər olsun ki, son zamanlar sosial şəbəkələrdə gördüyümüz vəhşiliklər biz valideynləri belə etməyə məcbur edir" deyə, Günel reaksiya verib.

Tarix: 17 Avqust 2021, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin