Həbsdə ola Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. O, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun və iş adamı hacı İbrahim Nehrəmlinin qardaşıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirikən sonuncu məhkəmə iclasında Sahib İbrahimovun vəkili vəsatətlə çıxış edib. Vəkil müdafiə etdiyi şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmə prosesinin davamında zərərçəkmiş Yaşar Mahmudov ifadə verib.
O deyib ki, 2009-cu ildə ev almaq üçün 71 min dollar pul verib: "Xətaidə, Bakı Əyləncə Mərkəzinin qarşısında inşa edilən bina var idi. Ora gedəndə dedilər ki, satış üçün Ayna Sultanovada yerləşən baş ofisə getməliyəm. Getdim, Sahib İbrahimovla görüşdüm, pulu da ona verdim".
Zərərçəkmiş Yaşar Mahmudov Sahib İbrahimovun vəkili Toğrul Babayevin suallarını cavablandırıb.
Vəkilin ilk sualı belə olub: "Siz Eldar Mahmudovun nəyisiniz?"
Yaşar Mahmudov "heç nəyi" deyə cavab verib.
(Əməkdaşımız məhkəmədən sonra dəqiqləşdirib ki, Yaşar Mahmudov sabiq MTN başçısı Eldar Mahmudovun əmisioğludur - red.).
Vəkil zərərçəkmişdən soruşub ki, niyə uzun illər sonra şikayət edib.
Zərərçəkmiş qeyd edib ki, Sahib İbrahimov ondan şikayət etməməsini xahiş edib.
Sahib İbrahimov zərərçəkmişin fikirləri ilə razılaşmayıb, deyib ki, ona pul verilməyib.
Hakim isə zərərçəkmişdən harada işlədiyini soruşub. Yaşar Mahmudov heç yerdə işləmədiyini deyib: "Orda-burda yüngülvari işləyib bu pulu yığmışam".
Şahid Ruslan Əzimov dindirilən zaman deyib ki, qızı üçün 2009-cu ildə adıçəkilən binadan ev alıb.
Onun sözlərinə görə, qızı həmin binada yaşayanda orada başqa heç kim olmayıb.
"Qızımın evinə dəmir barmaqlıq qoyub ora yerləşdirmişəm. Bizdən başqa heç kim olmayıb. Mənzilin ilk sahibi biz olmuşuq. Özümüz Füzulidən məcburi köçkünük. İllərdir məhkəmə qapılarında, yollarında qalmışam. Onsuz da orda evimizi dağıdıblar, hər şeyi itirmişik. Burda da bu zülmü çəkirik".
Şahid deyib ki, ev alan zaman pulu "Real" MTK-nın rəhbəri olmuş İlham Qasımova verib. İlham Qasımov da Sahib İbrahimovla şərik olub.
Sahib İbrahimov deyib ki, Məzahir Cəfərovun ölümündən sonra ən azı 200 evin sənədləri ilə bağlı saxtakarlıq edilib və satılan mənzillər başqa şəxslərə satılıb.
Qeyd edək ki, Məzahir Cəfərov təqsirləndirilən Sahib İbrahimovun qardaşı Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qaynı idi. STS şirkətinin direktoru olan Məzahir Cəfərov 2015-ci ildə intihar edib. Onun intiharından sonra bu şirkət ətrafında qalmaqallar ictimailəşib. Sonra da şərikllərdən İlham Qasımov da həbs edilib.
Məhkəmədə Ədilağa Hüseynov da ifadə verib. O deyib ki, mərhum Məzahir Cəfərovla birlikdə çalışıblar. O vurğulayıb ki, indi ona qarşı da ittihamlar səsləndirirlər.
"Sahil-D" də icraçı direktor olan şahid bildirib ki, heç bir vətəndaşın aldadılmasında iştirak etməyib.
Ədilağa Hüseynov ifadəsində göstərib ki, Sahib İbrahimovun rəhbəri olduğu şirkət saxta maliyyə arayışları, saxta sənədlərlə əvvəlcədən mənzil alan insanların evini əlindən alıb, başqa şəxslərə satıb.
O qeyd edib ki, həmin saxta sənədlər məhkəməyə təqdim olunub və qərarlar çıxarılıb. Şahid həmin sənədlərdən birini də məhkəməyə təqdim edib.
Məlum olub ki, Ədilağa Hüseynova istintaqdakı ifadəsində həmin saxta sənədin şəxsən Sahib İbrahimov tərəfindən hazırlandığını deyib. İndi isə konkret olaraq ad çəkmir və sənədlərin şirkət tərəfindən hazırlandığını deyir.
Məhkəmə araşdırması davam edir.
Qeyd edək ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin “STS” şirkəti, “Sahil-D Kompani” MMC-nin təsisçisi, dələduzluq faktlarına görə əvvəllər məhkum edilmiş İbrahimov Sahib Hüseyn oğlunun yenidən oxşar xarakterli cinayət əməlləri törətməsinə dair xüsusi qərardadı əsasında 2021-ci ilin yanvar ayından başlayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Eyni zamanda həmin özəl təşkilatların vəzifəli şəxsləri barəsində kommersiya bankından daxil olmuş materiallar da qeyd edilən cinayət işinə əlavə edilməklə iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilib.
Cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə “STS” şirkəti və “Sahil-D Kompani” MMC-nin təsisçisi Sahib İbrahimovun qeyd edilən təşkilatların digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq verdiyi tapşırıqlar əsasında əvvəlcədən vəd edilmiş əmlakı alıcıya vermək niyyəti olmadan tikintisi aparılan binalarda qeyri-yaşayış sahələrinin satılması görüntüsünü yaratmaq məqsədi ilə yalan vəd verərək saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı vaxtlarda vətəndaşdan ümumilikdə 1 milyon 735 min manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Sahib İbrahimovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə fərdi sahibkar kimi tikinti işlərinin aparılması üçün xərclərin ödənilməsi adı ilə kommersiya bankından 300 min manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında, 17 aprel 2021-ci il tarixdə Sahib İbrahimova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, sonuncu istintaq orqanının çağırışlarına gəlmədiyindən və müxtəlif üsullarla ibtidai istintaqın normal gedişinə mane olduğundan məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Musavat.com
5 Sentyabr 11:35
5 Sentyabr 10:38
5 Sentyabr 10:32
5 Sentyabr 09:58
5 Sentyabr 09:57
5 Sentyabr 09:18
5 Sentyabr 09:12
5 Sentyabr 09:09
5 Sentyabr 09:03
5 Sentyabr 01:30
5 Sentyabr 01:28
4 Sentyabr 22:19
4 Sentyabr 20:35
4 Sentyabr 20:30
4 Sentyabr 20:28
4 Sentyabr 20:27
4 Sentyabr 19:35
4 Sentyabr 18:59
4 Sentyabr 18:56
4 Sentyabr 18:55
4 Sentyabr 18:48
4 Sentyabr 18:42
4 Sentyabr 18:34
4 Sentyabr 18:25
4 Sentyabr 18:15
4 Sentyabr 18:07
4 Sentyabr 17:51
4 Sentyabr 17:45
4 Sentyabr 17:33
4 Sentyabr 17:22
4 Sentyabr 17:19
4 Sentyabr 17:14
4 Sentyabr 16:59
4 Sentyabr 16:44
4 Sentyabr 16:39
4 Sentyabr 16:38
4 Sentyabr 16:31
4 Sentyabr 16:27
4 Sentyabr 16:22
4 Sentyabr 16:18
4 Sentyabr 16:17
4 Sentyabr 16:10
4 Sentyabr 16:03
4 Sentyabr 15:59
4 Sentyabr 15:52
4 Sentyabr 15:45
4 Sentyabr 15:39
4 Sentyabr 15:33
4 Sentyabr 15:28
4 Sentyabr 15:19
4 Sentyabr 15:18
4 Sentyabr 15:16
4 Sentyabr 15:14
4 Sentyabr 14:57
4 Sentyabr 14:49
4 Sentyabr 14:42
4 Sentyabr 14:37
4 Sentyabr 14:31
4 Sentyabr 14:25
4 Sentyabr 14:20
4 Sentyabr 14:14
4 Sentyabr 14:10
4 Sentyabr 14:09
4 Sentyabr 14:02
4 Sentyabr 13:53
4 Sentyabr 13:44
4 Sentyabr 13:32
4 Sentyabr 13:18
4 Sentyabr 13:17
4 Sentyabr 13:08
4 Sentyabr 12:56
4 Sentyabr 12:50
4 Sentyabr 12:48
4 Sentyabr 12:40
4 Sentyabr 12:30
4 Sentyabr 12:24
4 Sentyabr 12:21
4 Sentyabr 12:19
4 Sentyabr 12:14
4 Sentyabr 12:09
4 Sentyabr 11:59
4 Sentyabr 11:50
4 Sentyabr 11:32
4 Sentyabr 11:26
4 Sentyabr 11:14
4 Sentyabr 11:05
4 Sentyabr 11:02
4 Sentyabr 10:40
4 Sentyabr 10:38
4 Sentyabr 10:35
4 Sentyabr 10:27
4 Sentyabr 10:21
4 Sentyabr 10:13
4 Sentyabr 10:08
4 Sentyabr 09:48
4 Sentyabr 09:47
4 Sentyabr 09:41
4 Sentyabr 09:37
4 Sentyabr 09:29
4 Sentyabr 09:17
4 Sentyabr 09:14
4 Sentyabr 08:36
4 Sentyabr 08:30
4 Sentyabr 08:26
4 Sentyabr 08:20
4 Sentyabr 08:13
4 Sentyabr 08:08
4 Sentyabr 08:04
4 Sentyabr 08:03
4 Sentyabr 08:01
4 Sentyabr 06:42
4 Sentyabr 06:40
4 Sentyabr 02:08
4 Sentyabr 02:05
4 Sentyabr 01:56
4 Sentyabr 01:46
4 Sentyabr 01:43
4 Sentyabr 01:18
3 Sentyabr 20:18
3 Sentyabr 19:10
3 Sentyabr 19:04
3 Sentyabr 18:59
3 Sentyabr 18:55
3 Sentyabr 18:49
3 Sentyabr 18:45
3 Sentyabr 18:39
3 Sentyabr 18:31
3 Sentyabr 18:21
3 Sentyabr 18:11
3 Sentyabr 18:04
3 Sentyabr 17:54
3 Sentyabr 17:44
3 Sentyabr 17:37
3 Sentyabr 17:28
3 Sentyabr 17:25
3 Sentyabr 17:17
3 Sentyabr 17:15
3 Sentyabr 17:03
3 Sentyabr 16:59
3 Sentyabr 16:55
3 Sentyabr 16:53
3 Sentyabr 16:47
3 Sentyabr 16:45
3 Sentyabr 16:43
3 Sentyabr 16:35
3 Sentyabr 16:29
3 Sentyabr 16:21
3 Sentyabr 16:13
3 Sentyabr 16:12
3 Sentyabr 15:59
Ən son xəbərləri səhifəmizdən də izləyin