BURADA REKLAMINIZ OLA
BİLƏR

"Tiktok"da qeyri-etik ifadələr işlədən qadın üzr istədi - VİDEO

“Tiktok” sosial şəbəkəsində qeyri-etik ifadələr işlədən qadının şəxsiyyəti məlum olub.

Pravda.az-ın məlumatına görə, onun Bakının Nəsimi rayonunda kirayə yaşayan, 1988-ci il təvəllüdlü Anarə Natiq qızı Valehova olduğu müəyyənləşib.

Həmin şəxs polis orqanına dəvət olunub və onunla aparılan sorğu zamanı A.Valehova qeyri-etik ifadələr səsləndirdiyinə görə peşman olduğunu bildirərək üzr istəyib.

Bakı Şəhər Baş Polis İdarəsində A.Valehova barəsində araşdırmalar davam etdirilir.

 

 

Report.az

Tarix: 17 Avqust 2021, 20:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin