BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu generallar yola salındı

Bu gün Prezident İlhan Əliyev Dövlət Sərhəd Xidmətinin iki generalını işindən kənarlaşdırıb. Hər iki general DSX rəisi Elçin Quliyevin müavinləridir.


Pravda.az xəbər verir, bu barədə DSX-dakı mənbə bildirib.

Xəbərə görə, həmin generallardan biri general-leytenant Azad Ələkbərov yaş həddi ilə əlaqədər olaraq təqaüdə göndərilib.

Elçin Quliyevin digər müavini General -leytenant İsmayıl Əkbərov isə sərəncəma götürülüb. Onun yerinə general-leytenant Cavid Abdullayev təyin edilib.

General Abdullayev bundan qabaq DSX -in Maddi-Texniki Təminat Baş idarəsinin Qərərgah rəisi vəzifəsində olub.


Qeyd edək ki, general-leytenant Azad Ələkbərov DSX rəisinin müavini , DSX-in Şəxsi Heyətlə İş Üzə Baş idarəsinin rəisi vəzifəsini daşıyırdı.

İsmayıl Əkbərov isə DSX rəisinin müavini , DSX -in Maddi-Texniki Təminat Baş idarəsinin rəisi vəzifəsini tutub.

Gununsesi.info

Tarix: 17 Avqust 2021, 21:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin