BURADA REKLAMINIZ OLA
BİLƏR

Almaniyadan skandal təxliyə: Böyük təyyarə Kabildən sadəcə 7 vətəndaş çıxartdı

Kabildə baş verənlərin fonunda Almaniyadan bölgəyə gedən böyük təyyarənin sadəcə 7 vətəndaşla ölkədən çıxması dünyada sərt reaksiya ilə qarşılanıb.


Pravda.az xəbər verir ki, Almaniyadan Əfqanıstanın paytaxtı Kabilə göndərilən A400 tipli hərbi yük təyyarəsi yalnız 7 nəfəri götürüb. Məsələyə Almaniyanın tanınmış sənətçilərindən də sərt reaksiya gəlib. Məşhur sənətçi İqor Levit öz "Twitter" hesabında yazıb:


“Bu cür fəlakət qarşısında, təyyarəni insanlarla doldurmamaq insanlığa sığmayan bir şeydir. Ayıbdır! Bunu edən məsul şəxslər, müharibənin nə olduğunu anlayın. Deyəcək söz tapa bilmirəm. Təsəvvür edin, sadəcə yeddi nəfər. Çünki digərləri “siyahıda yox idi””.


Məşhur jurnalist Hasnain Kazım da təxliyə əməliyyatını sərt tənqid edib: “Federal ordu, Kabildən sadəcə cəmi yeddi nəfəri xilas etdiniz? Bunun səbəbi siyahınızda yalnız bu adamların olmasıdır? Ciddisniz?”


Digər bir sosial media istifadəçisi isə qeyd edib: "Yeddi adam böyük boş təyyarədə. Digərləri isə siyahıda yox idi. Bu Avropa Birliyinin insanlığıdır. Bunlar sizin xristian dəyərlərinizdir”.


Almaniyanın Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama verərək, bildirib ki, Kabildən yalnız 7 adamın təxliyə etmək mümkün olub. Bunun səbəbi kimi hava limanına gedən yolların təhlükəli olması və təxliyə ediləcək insanların hava limanına çata bilməməsini göstərib.


Son məlumatlara görə isə uğursuz təxliyə hadisəsindən sonra Almaniya 135 nəfərlik A400 təyyarəsi ilə Kabildən 200 nəfəri çıxarmağı düşünür.




Musavat.com

Tarix: 17 Avqust 2021, 22:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin